“Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyəti süd məhsulları, meyvə şirələri və nektarları istehsalı ilə məşqul olan Azərbaycanda yaradılmış ilk müəssisələrdən biridir. Müəssisə Göyçay şəhərində yerləşir.
Hazırda “Göyçay-Süd” ASC “Sevimli-Dad”, “Çanax” (süd məhsulları), “4U”, “GARNET”, “SONTI” (meyvə şirələri və nektarları, konsentratlar) markaları altında keyfiyyətli və müasir tələblərə cavab verən 20-dən çox adda süd məhsulları və meyvə şirələri istehsal edir. Məhsullar İsveç və İtaliya istehsalı olan avadanlıqlarda istehsal edilir.
Şirkətimiz həm daxili, həm də xarici bazarda aktiv fəaliyyət göstərir. İstehsal etdiyimiz meyvə şirələri və nektarları hal hazırda Russiya, Ukrayna, Belarusiya, Estoniya və digər baltikyanı ölkələr, Kanada və Y.Zellandiya kimi ölkələrin bazarlarında uğurla satılır.
“Göyçay-Süd” ASC təbii süddən müxtalif çeşidli və yüksək keyfiyyətli süd məhsullari ve Respublikamızın ərazisində yetişən meyvələrdən məhsullar istehsal edir.Müəssisəmiz artıq Azərbaycanda və bir sıra xarici ölkələrdə öz keyfiyyətli məhsulları ilə taninmışdır. İstehsal etdiyimiz məhsulların çeşidi və keyfiyyəti ildən ilə artaraq alıcıların rəğbətini qazanmaqdadır. Biz yalnız məhsul istehsalı ilə deyil, həm də keyfiyyətli xammal bazasının yaradılması ilə məşğul oluruq.
“Göyçay-Süd” ASC nin keyfiyyət üzrə apardiğı işlər, xammal tədarükündən tutmuş, məhsulun satışına qədər bütün sahələri əhatə edir. Məqsədimiz alıcılara yüksək keyfiyyətli təbii süd və meyvələrdən hazırlanan məhsulları çatdırmaq, bu sahədə Azərbaycanda böyük nüfuza malik, keyfiyyət minimumu yaratmış qeyri-şərtsiz lider olmaq, fəaliyyət coğrafiyasını genişləndirərək dünya miqyasında tanınmış şirkətə çevrilmək.