FAQ

Göyçay Süd ASC

“Göyçay-Süd” Açıq Səhmdar Cəmiyyəti  süd məhsulları, meyvə şirələri və nektarları istehsalı ilə məşqul olan Azərbaycanda yaradılmış ilk müəssisələrdən biridir. Müəssisə Göyçay şəhərində yerləşir.

 

Məhşur markalarımız
  • Sevimli Dad südləri
  • Çanax pendiri
  • Sonti meyvə nektarı
  • 4U Nar şirəsi 
  • Hazırda “Göyçay-Süd” ASC “Sevimli Dad”, “Çanax”,“Çoban”,“Ellim”- (Süd məhsulları) , “4U”, “GARNET”, “SONTI” — (Meyvə şirələri və nektarları) markaları altında keyfiyyətli və müasir tələblərə cavab verən 20-dan çox adda süd məhsulları və meyvə şirələri istehsal edir. Məhsullar İsveç və İtaliya istehsalı olan avadanlıqlarda istehsal edilir.
  • “Göyçay-Süd” ASC  məhsulların keyfiyyətinin idarə olunmasına görə İSO 9001:2009 sertifikatına malikdir. Həmçinin müəssisə mütəmadi olaraq müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən Uyğunluq Sertifikatı və Gigiyenik Sertifikatı alır. Məhsullar həm də ixrac olunduğu ölkələrin ərazisində lazımı sertifikatlara malikdirlər.  

  • Şirkətimiz həm daxili, həm də xarici bazarda aktiv fəaliyyət göstərir. İstehsal etdiyimiz meyvə şirələri və nektarları hal hazırda Russiya, Belarusiya, Estoniya və Y.Zellandiya kimi ölkələrin bazarlarında uğurla satılır.